Eşqi Bağırov: “1500 uşağın təhsil haqqının bir hissəsini dövlət ödəyəcək”

0
2898

“Özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək”.

Bineqedi.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair hesabat brifinqində qeyd edib.

O bildirib ki, məqsəd özəl bağçalarla əməkdaşlıq çərçivəsində daha 1500 uşağı məktəbəqədər təhsilə cəlb etməkdir:

“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.

Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təlim-tədrisə cəlb almasına şərait yaradacaq.

Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artaraq 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək.

Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir. Növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır”.

Noyabrın 1-i saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Onun sözlərinə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 1 noyabr – 1 dekabr arasında ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək.

Eşqi Bağırov: "1500 uşağın təhsil haqqının bir hissəsini dövlət ödəyəcək"

Əvvəlki məqaləBir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Növbəti məqalədəCOP29-da restoran, gözəllik salonları bağlanacaq? – Rəsmi cavab