“COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir”.
Bineqedi.com xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.
O, eyni zamanda qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq:
“Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək”.
Bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.
COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda beynəlxalq tibbi-sanitariya qaydalarında tətbiq olunur:
“2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq”.
Qeyd edək ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.