Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3588
Şəhid Bağırov Elçin Yunis oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Qeyd edək ki, Bağırov Elçin Yunus oğlu 17 iyun 1994-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Orta təhsilini 244 saylı tam orta məktəbdə almışdı. 2014-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 2018-ci ildə həmin universitetin “Sənayənin təşkili və idarə olunması” ixtisasını bitirmişdi. Elçin 2018-ci ilin iyul ayında ali təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 2019-cu ildə hərbi xidmətini bitirmiş və Bakıya qayıtmışdı. Könüllü olaraq Qarabağ müharibəsində iştirak edən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılmış və müharibənin ilk günlərindən ön cəbhədə döyüşmüşdü.
29 oktyabr 2020-ci il tarixində Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Bağırov Elçin Yunis oğlu “Vətən uğrunda”, ”Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 10 nəfər şəkili ola bilər
Bir 5 nəfər şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləCOP29-da restoran, gözəllik salonları bağlanacaq? – Rəsmi cavab
Növbəti məqalədəKorrupsiyaya bulaşan Avropa Parlamenti: Azərbaycana qarşı qarayaxmaların pərdəarxası – ANALİZ