Binəqədidə YAP-ın yaradılmasının 32-ci ildönümü qeyd olundu – Foto

0
3479
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, qazilər, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Binəqədi rayonunda ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Binəqədi rayonuna səfərlərindən ibarət foto sərgi ilə tanış oldular.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik edərək ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını, bu siyasətin davamının ölkəmizi daha da işıqlı gələcəyə aparacağını və dünyadakı nüfuzunu möhkəmləndirəcəyini, dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaradacağını, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərdiyini qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bütün qonaqları salamladı, partiyanın yaradılmasının ildönümü münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının 32 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi. Bizi qarşıda yeni vəziflərin və hədəflərin gözlədiyini bildirərək əminliyini ifadə etdi ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi və ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında vurğuldı ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 32 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.
Milli Məclisin deputatı Kamaləddin Qafarov nitqində bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, cənab prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.
Tədbirin sonunda YAP-ın himni səsləndirildi.
Bir 3 nəfər və abidə şəkili ola bilər
Bir 4 nəfər və abidə şəkili ola bilər
Bir 4 nəfər və abidə şəkili ola bilər
Bir 6 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 8 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqalə“Veteran pulu” alanlara ŞAD XƏBƏR
Növbəti məqalədə“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü – 1 il həbs verildi