Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müaviniləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 6-cı mikrorayon S.Məmmədova küçəsi 89 ünvanında binanın zirzəmisinə çirkab sularının axıntısının qarşısının alınması, 6-cı mikrorayon Ə.Əlixanov küçəsi 203/b ünvanında ağacların budanması, 9-cu mikrorayon şəhid H.Babaşov küçəsində şəhidin büstünün təmiri olunması, 6-cı mikrorayon M. Kazımovski küçəsi 8 ünvanında binanın qarşısında qəzalı vəziyyətdə olan su xəttinin təmir olunması, vətəndaşa 1-ci qrup əlil övladının müalicəsi ilə bağlı köməklik göstərilməsi, 9-cu mikrorayon M.Cəlal küçəsi 51 ünvanında söhbətgahlarda və mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, 6-cı mikrorayon. S. Məmmədova küçəsində yol hərəkəti qaydalarını tənzimləyən nişanların quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com



