Mehdiabad-Binəqədi ilə metronun “28 May” stansiyasını əlaqələndirən tramvay xətti çəkiləcək

0
3020
qatar

“Mehdiabad-Binəqədi istiqamətindən metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Bineqedi.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Sədr bildirib ki, bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub:

“Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Əvvəlki məqaləAzərbaycanda bələdiyyə seçkiləri başladı
Növbəti məqalədə21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin məntəqə sədri: “Evdə səs vermək üçün 25 müraciət qeydə alınıb”