Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini H. Ələkbərov içərisində bank kartları olan pulqabısını oktyabrın 21-də Nərimanov rayonunun ərazisində iki nəfərin açıq talama yolu ilə aldığını bildirib.
Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R. Tağıyev və Füzuli rayon sakini E. Nəsirov 5-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bineqedi.info