Binəqədidə daha bir məktəbdə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

0
54

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 30, 99, 100 və 143 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 99 nömrəli tam orta məktəbin akt zalında növbəti tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.

bineqedi-mekteb-tedbir-nesimi-ili1

Bineqedi.info saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edilib, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edən 99 nömrəli tam orta məktəbin direktoru Ofeliya Məmmədova qonaqları salamladı, bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.
YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxış edərək Nəsimi yaradıcılığının zənginliyindən danışıb.

bineqedi-mekteb-tedbir-nesimi-ili2

Qeyd edib ki, Nəsimi fəlsəfəsi daim araşdırılmalı, gənclərə, bütün cəmiyyətimizə çatdırılmalıdır. Biz ziyalı, elmli, istedadlı şəxsiyyətlərimizlə daim fəxr edərək onların dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynamalıyıq. O, həmçinin layihəyə qoşulan tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə – musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Əvvəlki məqaləBinəqədidə soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
Növbəti məqalədəBinəqədidə qanunsuz fəaliyyət göstərən süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırılıb