Sabahdan ali məktəb və kollec imtahanlarına qeydiyyat BAŞLAYIR

0
2996
imtahan

Sabahdan ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) başlayır.

Bineqedi.com  saytının Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçirləcək.

Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart tarixlərində keçiriləcək.

Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı 6 apreldə olacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) aprel – may aylarında həyata keçriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi (1-ci cəhd) may – iyun aylarında olacaq.

Əvvəlki məqaləPrezident İlham Əliyev Ağdam rayonuna səfər edib
Növbəti məqalədəPrezident Xankəndidə “Bulud” hotelin açılışında iştirak etdi