Binəqədidə iki avtomobil toqquşub, ölən var

0
66
bineqedi-qeza-binagadi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə qonşusu 25 yaşlı gənci bıçaqlayıb
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib