“Nəsimi İli” münasibəti ilə 299 nömrəli tam orta məktəbdə tədbir keçirilib

0
33

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 298 və 299 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 299 nömrəli tam orta məktəbin akt zalında növbəti tədbir keçirilib.

Bineqedi.info saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra bədii hissə ilə davam etdirilib.
nesimi-ili-bineqedi-binagadi-mekteb-tedbir1
Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edilib, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, YAP Binəqədi Rayon Təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, YAP binəqədi rayon təşkilatı aparatının məsul əməkdaşlar Kübra Əliyarlı, Rahil Şükürov, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Elməddin Rəsulov, 299 nömrəli tam orta məktəbin direktoru Solmaz Kazımova, məktəbinpedagoji və şagird heyəti iştirak edib.

Tədbirdə çıxış edən 299 nömrəli tam orta məktəbin direktoru Solmaz Kazımova qonaqları salamladı, bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutduğunu əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyini bildirib.

R.Göyüşov anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olduğunu bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə – musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
Növbəti məqalədəƏ.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında xidmət vətəndaşların ürəyincədir – Minnətdarlıq