“Heydər Əliyev və Azərbaycan tarixi” adlı yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib – FOTO

0
3283
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon məktəblərində təhsil alan şagirdlər arasında xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon turunun qalibləri ilə görüş keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şagirdlər, onların elmi rəhbərləri və valideynlər iştirak edirdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd-xalqımızın Ümumilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, ümummilli lider Heydər Əliyevin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsinin məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlara tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətmək, eyni zamanda məktəblilərə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanmasıdır. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edə bilərik.
Daha sonra şagirdlər “Rəvvadilər dövləti”, “Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı-Kürəkçay müqaviləsi”, “I Dünya müharibəsi və azərbaycanlı generallar”, “Heydər Əliyev – dövlət quruculuğu siyasəti”, “Qarabağ Zəfəri – Şəxsiyyət faktoru” mövzusunda öz referat-yazılarını təqdim etdilər. Çıxış ətrafında geniş müzakirələr keçirildi.
Bineqedi.com
May be an image of 10 people, people studying and hospital
May be an image of 4 people and dais
Əvvəlki məqalə“Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
Növbəti məqalədəBinəqədidə konfrans keçirilib – Foto