“Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”

0
3016

“Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır”.

Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

“Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlət başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.

“Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-də seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi”.

Dövlət başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.

***

Prezident qeyd edib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-lə Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil.

Dövlət başçısı deyib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir.

***

Azərbaycan Prezidenti bildirib ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

Dövlət başçısı deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib ki, Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik.

İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

“Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir”​.

Dövlət başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”.

Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb”.

Dövlət başçısı bildirib: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.

***

Prezident, həmçinin qeyd edib ki, əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi.

Dövlətimizin başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.

***

İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir.

Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur.

Əvvəlki məqaləAzərbaycanda məşhur yağ da SAXTA ÇIXDI – Marketlərdən yığışdırılır – FOTO
Növbəti məqalədə“Heydər Əliyev və Azərbaycan tarixi” adlı yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib – FOTO