Binəqədidə itkin düşmüş gənc qadın tapılıb

0
34

Bakıda itkin düşmüş 26 yaşlı qadın tapılıb.

Hadisə oktyabrın 25-də Binəqədi rayonu, S.Məmmədov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü X.Mirzəyeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.report

Əvvəlki məqaləBinəqədidə “Açıq qapı” formatında növbəti görüş keçirilib
Növbəti məqalədəKönüllülər üçün Binəqədi tur təşkil edilib – Fotolar