Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və “Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə 28 oktyabr 2019-cu il tarixdə Şuşa Dram teatrında “Snayperçi – Qarabağda görüşənədək!” sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, “Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri Gəray Əlibəyov, keçmiş snayperçi Növrəstə Yusifova, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. İlk olaraq film təqdim olunub.
Təqdimatdan sonra çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva bildirib ki, tarix boyu xalqımız qəhrəman qadınlara sahib olub. Onlar igid oğullarımızla çiyin-çitinə vuruşub, mübarizə aparıb. O qeyd edib ki, bugün də Respublikamızın I Vitse-prezidenti Mehriban xanım Əliyeva cənab prezident İlham Əliyevlə birgə xalqımızın rifahı və gələcəyi naminə məşəqqətlə çalışır. Çıxışlar bitdikdən sonra mövzu ərtafında diskussiya aparılıb.