Bu həftədən bayram tətili başlayır

0
3088
kalendar-bayram-gunleri-qeyri-is-gunleri

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır. 

Bineqedi.com  xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl – 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür.

***

Qurban bayramı namazının vaxtı məlum olub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.

Onun sözlərinə görə, məscidlərdə bayram namazı saat 08-09:00 arasında qılınacaq: “Qurban bayramı bu il iyunun 6-7-nə təsadüf edəcək. Əslində Məkkədə Həcc ziyarətində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir. Bayram namazı məscidlərdə 6 iyun səhər saat 8-9 radələrində qılınacaq”.

Əvvəlki məqalə“Texniki səhv” deyib sakitcə üstündən keçmək doğru deyil”
Növbəti məqalədəETX: “İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılırlar”