Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK – YENİLİK

0
2778
bineqedi-rayonu-mekteb-uc-nomreli1.jpg

Birinci sinifə şagirdlərin qeydiyyatı zamanı sistemdə müəllimlərin sertifikasiya balı da görünəcək.

Bineqedi.com xəbər verir ki, sertifikasiya ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib ki, sistemdə müəllimin sertifikasiya balının görünməsi barədə müzakirələr aparılır.

“Bir məsələ də var ki, müəllimlərin hər biri sertifikasiyaya cəlb olunmayıb. Bu halda imtahana cəlb olunan müəllimlərin balları görünə bilər. Bu səbəbdən sertifikasiya prosesinə bütün müəllimlər cəlb olunandan sonra onların ballarının sistemdə görünməyi mümkün olacaq”.

Qeyd edək ki, mayın 1-dən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi Elm və Təhsil Nazirliyinin www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Elektron qeydiyyat sistemi ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Ənənəyə uyğun olaraq, valideynlər portal üzərindən övladlarını qeydiyyatdan keçirərkən dərs deyəcək ibtidai sinif müəllimini də seçə bilirlər.

Bundan əvvəl müəllimlərin adları ilə yanaşı, onların sertifikasiya imtahanlarında topladığı balların da sistemdə göstərilməsi təklif edilib.

***

“10 il bundan sonrakı vəziyyəti təsəvvür etsək növbəti sertifikasiya imtahanlardan sonra məktəblərimizdə sertifikasiya balları yüksək olan müəllimlər işləyəcək.

Bunu sertifikasiya ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.

V.Yaqublu qeyd edib ki, bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər:

“Sertifikasiya elə prosesdir ki, maraqlı tərəflərin hər birinin mənafeyini təmin edir. Əsas da şagirdlərin. Şagird istəyir ki, müəllim dərsi tamaşaya çevirə bilsin, onu yormadan fənnin incəliklərini ona izah edə bilsin. İkinci valideynlərdir ki, onlar övladlarının yaxşı təhsil almasını istəyir. Üçüncü tərəf müəllimlərdir ki, sertifikasiya onlara daha yüksək əməkhaqqı almağa kömək edir. Məsələn bir məktəbdə 3 müəllim işləyir, staj və dərs saatları eynidir və eyni maaşı alırlar, ancaq sertifikasiya ilə daha yüksək nəticə göstərən müəllim daha yaxşı maaş alacaq. Bu tək təhsil deyil, bütün sahələrdə çalışanların istəyidir.

Sertifikasiya həm də sağlam rəqabət yaradır. 25 bal toplayan müəllimin də ikinci şans verilir ki, daha yaxşı nəticə göstərsin.

Bu il fizika, kimya, biologiya və informatika müəllimlərini sertifikasiyaya cəlb edirik. Bizdə ikinci səviyyəli dərs anlayışı yoxdur. Bu qrup fənlər şagirdlərimizdə əqli inkişafı və elmi dünya görüşü artıran fənlərdir. Bu fənlərin saatların artımına, dərs metodikasının yenilənməsinə diqqət ayrılıb”.

***

Sertifikasiya sualları müəllimlər şagirdlərə keçməli olduğu fənnin səviyyəsinə görədir.

Bu barədə sertifikasiya ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu qeyd edib.

“Biz fizika müəlliminə fizika elmindən yox, fizika fənnindən şagirə dərs deməli olduğu səviyyədə suallar veririk”, – o qeyd edib.

Direktor müavini əlavə edib ki, müəllimlərin sertifikasiya imtahanında istifadə edilən suallar hər il daha da çətinləşdirilmir: “Bütün suallar üç kateqotiyada – asan, orta, çətin səviyyədə verilir”.

Əvvəlki məqaləHəmin müəllimlərin maaşında artım nəzərdə tutulur
Növbəti məqalədəMostbet ile yuksek oran avantajlari