İyunun 18-i saat 08:00-dan iyunun 19-u saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
***
Binəqədi şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

















