III qrupda keçid balları artacaq – DİM sədri

0
2183

“Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bala qədər artacaq”.

Bineqedi.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət təxminən əvvəlki kimi olacaq: “Düşünürəm ki, I və IV ixtisas qruplarında da ballar ötənilki səviyyədə olacaq”.

DİM sədri əlavə edib ki, ümumilikdə müsabiqəyə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslər buraxılacaq.

M.Abbaszadə qeyd edib ki, ümumilikdə kimlərin müsabiqəyə buraxılması, ərizə verənlərin sayından asılı deyil:

“Bütün imtahan nəticələri elan olunandan sonra müqayisə edilə bilər ki, müsabiqəyə kimlər buraxılsın. Müsabiqəyə isə iki imtahan nəticəsinə görə 200-dən çox bal toplayan abituriyentlərin sayı təsir göstərəcək”.

O əlavə edib ki, I cəhd imtahanında 3-cü qrupda mindən çox abituriyent 600 baldan yuxarı nəticə göstərib.

“9-cu sinfin nəticəsi müəyyən bir bünövrədir. O bünövrənin üstündə neçə mərtəbəli bina tikmək olar artıq həmin ildən bilinir”.

“İki ildən sonra neçə bal toplamaq olar, o artıq 9-cu sinifdə məlum olunur. 2012-ci ildən bunu müşahidə edirik və o nəticəyə gəlmişik ki, 20-30 faiz bu nəticələri artırmaq mümkündür”- deyə o bildirib.

Abituryentlər ixtisas seçimi zamanı yalnız bu günün əmək bazarını deyil bundan 5 il sonrakı vəziyyəti də göz önünüə gətirməlidirlər. Bizdə kifayyət qədər ixtisaslar var ki, onlar 5 ildən sonra əmək bazarında təlabat daha yüksək olacaq. Mən bunu 10 il əvvəl də demişəm.

“Yaxşı aqranom, yaxşı baytar sıravi həkimdən qat-qat yaxşı pul qazanır. Amma baytarlığa, aqronomluğa, kənd təsərrüfatı sahəsində olan ixtisaslara gedən insanların sayı azdır və ora 200, 250 bal toplayanlar müəyyən əlacsızlıqdan həmin ixtisaslara üz tutur. O  ixtisaslar düşünüb seçmək, yaxşı mənimsəmək və əmək bazarında yer tutmaq daha asandır, nəinki ayrı ixtisaslarda”.

M.Abbaszadə “Hədəf” verlişində onu da vurğulayıb ki, bu gün çox təlabat olan ixtisaslar da 5 il sonra əmək bazarında yer tutmağa imkan verməsin.

Bəzən şagird yüksək nəticə göstərsə də, 700 bal toplamayıb deyə valideyn narazılıq edir.

O bildirib ki, valideynlər öz məsuliyyətlərini uşaqların üstünə atmamalıdır:

“Valideyn uşağına motivasiya verməyi bacarmalıdır. İkinci məsələ isə ailənin uşaqdan gözləntisidir. Elə bil ki, ailənin gələcəyi imtahanın nəticəsindən asılıdır. Ola bilər ki, uşaq yüksək nəticə göstərib, amma 700 bal toplamayıb deyə valideyn narazıdır. Valideynlər məsuliyyətlərini yeniyetmələrin üzərinə atmamalıdır. Bunu hansısa bir faciəyə çevirmək olmaz. Əmək bazarı hər gün dəyişir. Kənd təsərrüfatında elə ixtisaslar var ki, onlara tələbat daha yüksəkdir. Ola bilər ki, yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır. Buna baxmayaraq həmin ixtisasları seçənlər azdır. Ona görə də, düzgün seçim önəmlidir. Bu ixtisasları seçib əmək bazarında yer tutmaq daha asandır”.

O əlavə edib ki, bu il qəbul üzrə 60 min plan yeri var və yaxşı nəticə göstərən hər kəs öz biliyinə uyğun ali məktəbə qəbul ala bilər.

Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır.

Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir:

“Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40%-ə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir”.

DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70%-i açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40% idi:

“Yeni növ imtahana keçid edəndə maksimum 40% məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur”.

 

Əvvəlki məqaləBinəqədi rayonunda bu ərazilərində evlər söküləcək
Növbəti məqalədəBinəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq