Binəqədi rayonunda bu ərazilərində evlər söküləcək

0
2222

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Banker.az məlumat yayıb.

Bildirilib ki, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.

Binəqədi Rayon İcra Hakimiyyətindən də baku.ws-ə adı çəkilən ərazilərdə söküntü işlərinin aparılacağı təsdiqlənib.

Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək.

Əvvəlki məqaləBinəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib – FOTO
Növbəti məqalədəIII qrupda keçid balları artacaq – DİM sədri