Binəqədidə “Dövlət Qulluqçularının Peşə Bayramı” münasibətilə tədbir keçirilib – FOTO

0
10997
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun–“Dövlət Qulluqçularının Peşə Bayramı” münasibətilə tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çıxışında qeyd etdi ki, bu gün sürətlə inkişaf edən respublikamızın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-“Dövlət Qulluqçularının Peşə Bayramı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçularının sosial problemlərinin həll edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Rayon İcra Hakimiyyəti başçısı bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edərək, onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladı.
Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundu. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com 
May be an image of 3 people, dais and text
May be an image of 2 people and dais
May be an image of 12 people and text
May be an image of 1 person
May be an image of 2 people
May be an image of 2 people and newsroom
May be an image of 5 people and newsroom
May be an image of 3 people, dais and newsroom
May be an image of 3 people, speaker, television, newsroom, the Oval Office and text
May be an image of 4 people, television, the Oval Office, newsroom and text
May be an image of 4 people and text
May be an image of 3 people and text
May be an image of 4 people, people smiling, hospital and text
May be an image of 3 people and text
May be an image of 3 people, hospital and text
May be an image of ‎3 people and ‎text that says '‎BONUE CAVIDES BOTUK CAYIDI لم ZOPOR‎'‎‎
Əvvəlki məqaləİstilik təchizatı sektorunda yeni qaydalar – Mexanizm dəyişir
Növbəti məqalədəPrezident: “8 Noyabr” elektrik stansiyası ölkənin enerji potensialını böyük dərəcədə gücləndirəcək”