Bakıda yük avtomobili qadını vuraraq öldürüb.
1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə, “Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib.
Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib. Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.report.az

















