Məktəbli formaları dəyişdiriləcək? – Nazir AÇIQLADI

0
8773
emin-emrullayev-tehsil-naziri

“Məktəbli formalarının dəyişdirilməsi ilə bağlı hər hansı yeni bir qərar yoxdur”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, məktəbli formalarının mərkəzləşdirilmiş şəkildə dəyişdirilməsi gündəmdə deyil:

“Müvafiq qaydalar çərçivəsində müəyyən edilmiş formalar var. Müxtəlif məktəblərin bu formaları öz təşəbbüsləri ilə müəyyən qədər dəyişə bilər. Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər.

Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”.

“Biz sertifikasiya imtahanının suallarını heç vaxt gizlətmirik. Ötən il də suallar ictimaiyyətə açıqlanıb”.

O bildirib ki, sualların dərin statistik əmsalları var, lakin bunu ictimaiyyət başa düşmür:

“Bu əmsalları başa düşmək üçün mütəxəssis olmaq lazımdır. Lap dərinə getsək, test imtahanları mədəniyyətimizdə statistik ölçmələrə keçməliyik.

Bizim imtahanlarımız müəyyən mənada sadədir. Yəni testin 30-50 sualından neçəsinin düz yazılması prinsipi əsas götürülür. Tam nəzəriyyəyə baxsaq, belə olmamalıdır. Çox adam nəzəriyyəni bilmir, ancaq məsələni problemli kimi qələmə verir.

Həm Təhsil İnstitutunun, həm də Elm və Təhsil Nazirliyinin kifayət qədər texniki mütəxəssisi var. Ötənilki testlə builki test arasında nə qədər fərq olduğunu da məhz onlar araşdırmalıdırlar. Əhəmiyyətli fərq olmayıbsa, heç bir qərar dəyişməyəcək”.

Qeyd edək ki, bir qrup müəllim sertifikatlaşdırma imtahanlarının suallarının ictimaiyyətə açıqlanmaması barədə sosial şəbəkədə paylaşımlar edib.

“Sertifikasiya prosesi yekunlaşdıqdan sonra müəllimlərin müraciətinə baxılacaq”.

O bildirib ki, bu, hansısa müəllimin bərk qışqırması ilə əlaqəli deyil:

“Təhlil nəticəsində biz görsək ki, həqiqətən də ciddi fərqlər var, bu zaman müəyyən mənada qərarlar qəbul edilə bilər. Çünki sualların çətinliyini statistika ölçür. Bizim bununla bağlı müəyyən təhlillərimiz olacaq. Müəllimlərimizdən səbirli olub gözləmələrini xahiş edirik. Bu təhlil üçün bizə bir neçə həftə lazımdır”.

Nazir vurğulayıb ki, hər bir savadlı müəllim bilməlidir ki, Elm və Təhsil Nazirliyi həmişə onların yanındadır və heç zaman ədalətsiz qərar vermərik”.

Əvvəlki məqaləBinəqədidə yük avtomobili qadını vuraraq öldürüb
Növbəti məqalədəİstilik təchizatı sektorunda yeni qaydalar – Mexanizm dəyişir