Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib

0
29

Paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bineqedi.info saytının Bakı Şəhər Təhsil İdarəsinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə Nəsimi və Binəqədi rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, şagird yerdəyişməsi, işə qəbul, dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bineqedi.info

bineqedi-rayon-seyyar-qebul-muellim

Əvvəlki məqaləBinəqədidə “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib
Növbəti məqalədəBinəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib