Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10994
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsi ərazisində olan tut ağaclarının həşəratlara qarşı dezinfeksiya edilməsi, S.S.Axundov küçəsi “Seval” restoranının qarşısında 2 ədəd lyukun asfalt səviyyəsinə qaldırılması və ətrafında sıradan çıxmış yerin asfaltlanması, A.Kunanbayev bina 5b-nin1-ci girişində sıradan çıxmış navalçanın və yağış sularını aparan borunun bərpası, Ç.Yusifzadə küçəsində qurumuş və yıxılmış şam ağaclarının götürülməsi, F.Məlikov adına parkın dezinfeksiya edilməsi, S.S.Axundov küçəsi 4a saylı binanın həyətində ağacların budanması və sahibsiz heyvanların ərazidən toplanması, S.S.Axundov küçəsi 1v saylı binanın zirzəmisinin dezinfeksiya edilməsinə köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 11 nəfər şəkili ola bilər
Bir 12 nəfər şəkili ola bilər
Bir 9 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər və bunu deyən yazı "HARBIK M BIK SEYDON GO MUSTeGİL AZ GaLacaYi HAC BRUSSELI ١١ 11 SUEW" şəkili ola bilər
Əvvəlki məqaləYouwin Casino Giris: İlk Kazanс sansını Yakala!
Növbəti məqalədə🎁 Anında kazandıran kodlar sadece MegaPari’de