Binəqədidə qətlə yetirilən kişinin ailəsi sığınacağa yerləşdirildi

0
9877

Ötən gün Bakının Binəqədi rayonunda qətlə yetirilən şəxsin ailəsi sığınacağa yerləşdirilib.

Bineqedi.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, azyaşlı qız övladı olan ana mətbəxdə olarkən qaynı onun həyat yoldaşını öldürüb və dərhal polisə gedib təslim olacağını bildirib.

“Qadın bildirir ki, həyat yoldaşı narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan idi. Hadisəyə səbəb isə qardaşlar arasında yaranan mübahisə olub. Qardaşlardan biri həyətdə əlavə qapı yeri açılmasını tələb edirmiş”, – deyə M.Zeynalova qeyd edib.

Hazırda əri qətlə yetirilən xanım övladı ilə birgə müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Xanıma psixoloji yardım göstərilir. Uşaq bir yaşındadır. Onun geyim və ayaqqabıya ehtiyacı var.

Xatırladaq ki, qətlə yetirilən şəxsin 29 yaşı olub. M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Aslan Nurinin qardaşı Amin Nuri onun qətlində şübhəli bilinərək saxlanılıb.

Əvvəlki məqaləBakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır – Bilet qiymətləri
Növbəti məqalədəYouwin Casino Giris: İlk Kazanс sansını Yakala!