YAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib – Fotolar

0
42
yap-bineqedi-rayon-teskilati

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının yeni Binəqədi rayonu, Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatı təsis edilib.

Bineqedi.info xəbər verir ki, təsis yığıncağını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yığıncaq iştirakçılarını salamlayıb və ölkəmizin yenicə müstəqillik qazandığı illərdə üzləşdiyi ağır və mürəkkəb ictimai-siyasi vəziyyətdən, dövlətimizin və xalqımızın təhlükəsizliyinə olan ciddi təhdidlərdən, Yeni Azərbaycan Partiyasının tarixindən, siyasi fəaliyyətindən, bu günkü inkişafından və əldə etdiyi uğurlardan ətraflı bəhs edib. Vurğulayıb ki, partiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edildikdən sonra ölkəmizin siyasi arenasında öz mütəşəkkilliyi və dövlətçiliyi dəstəkləməsi ilə seçilib. Bu gün də bu siyasi kurs davam etdirilir. Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq ölkəmizdəki və dünyadakı nüfuz getdikcə artır.

yap-bineqedi-rayon-teskilati1.jpg

Ramiz Göyüşov həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb. Hər bir vətəndaşımızı, partiya üzvünü dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətini dəstəkləməyə və onun ətrafında sıx birləşməyə çağırıb. Yeni ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı yığıncaq iştirakçılarının təşəbbüslərini alqışladığını bildirib.

Ramiz Göyüşov daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlikdə əsasən yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi, təşkilatının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçiləcəyi məsələlərinin dayandığını diqqətə çatdırdı. Gündəlikdə duran məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Qərarlara əsasən Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatı təsis edilib. Ərazi ilk partiya təşkilatına 7 nəfərdən ibarət İdarə Heyəti, partiya üzvü İbrahim Quliyevin təklifi əsasında Faiq Seyidov sədr, Xaliq Seyidov və Mehdi Əzimov isə sədr müavinləri seçiliblər.

yap-bineqedi-rayon-teskilati2.jpg

Yığıncaqda çıxış edən Binəqədi rayonu, Mir Cəlal 1D (“Xaliq Faiqoğlu” şirkəti) ünvanlı ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkürünü bildirdi. Göstərilən etimadı doğruldacağını bildirib. Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmağın onun üçün böyük qürur olduğunu söyləyib. Çıxışında ərazi ilk partiya təşkilatının uğurlu fəaliyyəti üçün əzmlə və səylə çalışacağını qeyd edib.

Rəhbərlik etdiyi “Xaliq Faiqoğlu” şirkətinin fəaliyyəti, sərnişin daşımada gördükləri işlər barədə də məlumat verib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə Hüseynqulu Sarabskinin yubileyi münasibətilə tədbir keçirilib
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib – Fotolar