Binəqədili gənclərin iştirakı ilə izdihamlı yürüş keçirilib

0
35

Bakının Binəqədi və Pirallahı Rayon İcra Hakimiyyətlərinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunu Abşeron yarımadası ilə birləşdirən körpü üzərində izdihamlı yürüş keçirilb.

Bineqedi.info saytına verilən məlumata görə, yürüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, rayon təşkilatlarının əməkdaşları, gənc fəalları və məktəblilər iştirak ediblər.

Yürüş zamanı iştirakçılar əllərində ümummilli lider Heydər Əliyevin rəsmi, uzunluğu 15, eni 7 metr və digər ölçülərdə olan dövlət bayraqları ilə müxtəlif şüarlar səsləndirərək dövlət bayrağımıza sevgi və ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Dövlət başçısının məlum sərəncamı dövlət atributlarımızdan olan bayrağımıza dərin məhəbbətin və hörmətin bariz nümunəsi, cəmiyyətimizdə və dünyada yüksək təbliğatına əsaslı zəmindir.

İnanırıq ki, bu gün çiçəklənən ölkəmizdə qürurla dalğalanan üçrəngli bayrağımız dövlət başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi, əzəli torpağımız olan Qarabağda dalğalanacaq.

bayraq-gunu-yurus-pirallahi-bineqedi3.jpg

Əvvəlki məqaləBinəqədi rayonunda iki piyadanı avtomobil vurub
Növbəti məqalədəBinəqədidə yol qəzası olub, xəsarət alanlar var