Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Yanğında xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib.
Məlumatı saytımıza açıqlamasında Kliniki Tibbi Mərkəz də təsdiqləyib.
“14.09.2025-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi nəticəsində müxtəlif travmalarla 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya ediliblər. Onlara dərhal ilkin tibbi yardım göstərilib.
Göstərilən yardımlara baxmayaraq 2000-ci il təvəlllüdlü (kişi cinsli) şəxsin həyatını xilas etmək mümkün olmayıb. Digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – Mərkəzdən verilən açıqlamada bildirilib.modern.az
***
Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.
Bineqedi.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.
Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar davam etdirilir.