2023-cü il 19-20 sentyabr 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.
Antiterror əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalan şəhidlərimiz – İsayev İsmayıl Çərkəz oğlu və Mahmudov Seymur Elsevər oğlunun ildönümü ilə əlaqədar məzarları ziyarət olunub.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.


