Binəqədidə “Təbiətlə dost olaq” adlı tədbir təşkil edilib – Fotolar

0
50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 177 saylı körpələr evi-uşaq bağçasında “Ucadan oxu” layihəsi çərçivəsində “Təbiətlə dost olaq” adlı tədbir təşkil edib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirdə körpələr evi-uşaq bağçasının müdiri P.Rəhimova, uşaq bağçasının tərbiyəçi müəllimləri, Binəqədi rayon MKS-nin əməkdaşları S.Sərdarova, Ş.Ağayeva, A.Əliyeva, N.Məlikova, M.Mövsümova iştirak etdilər. Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Ş.Ağayeva uşaqları salamladı və onlara kitabxana haqqında məlumat verib.

bineqedi-rayonu-tedbir
Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri S.Sərdarova və baş kitabxanaçı A.Əliyeva balacalara mövzu ilə əlaqədar “Qaranquş balası” və “Zürafənin boyu necə uzandı” nağıllarını oxuyaraq maraqlı nağıl saatı təşkil ediblər.
”Təbiətlə dost olaq” mövzusunda hazırlanmış tap-tapmaca oyununda balacalar tapmacaların cavablandırılmasında çox fəal iştirak ediblər.
“Ucadan oxu” layihəsinin məqsədi məktəbəqədər oxucu qruplarının kitabxanalara cəlb etmək və onlarda mütaliə vərdişlərinin yaradılmasıdır. Məktəbəqədər oxucu qrupları üçün təşkil olunan “Ucadan oxu” layihəsi balacalarda qavrama qabilliyəti, təfəkkür və təxəyyülünün inkişafı ilə nəticələnir.

Əvvəlki məqaləBinəqədili məktəblilərin bölgələrlə tanışlığı davam edir
Növbəti məqalədə7-cimikrorayonda 36 yaşlı şəxs huşsuz vəziyyətdə aşkar edilib