“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətinə yola düşmüş Binəqədi məktəblilərinin ekskursiyası uğurla davam etdir.
Bineqedi.info xəbər verir ki, tur-aksiyanın Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Binəqədi rayonunun şagirdləri bu bölgənin tarixi, mədəni və turizm məkanları, istehsalat müəssisələrinə baş çəkib, bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.