Sovet İttifaqı Qəhrəmanı Hüseynov Həbibulla Eynulla oğlu 1910-cu ildə anadan olub, Tiflis hərbi məktəbini bitirib.
Müharibənin ilk günlərindən komandir divizion vəzifəsində düşmənlə qərb istiqamətində vuruşub, 1943-cü ildə komandir təyin edilib.
Pribaltikanın və Şərqi Prussiyanın azad edilməsində 1-ci Pribaltika cəbhəsinin tərkibində vuruşub.
6 aprel 1945-ci ildə 35 yaşlı qvardiya polkovniki Həbibulla Hüseynov qəhrəmancasına həlak olub, 29 iyun 1945-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Hüseynov Həbibulla Eynulla oğlu ölümündən sonra Sovet ittifaqı qəhrəmanı adına layiq görülüb.
1995-ci ildə Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun xatirəsinə abidə kompleksi ucaldılıb.