Nömrədəki defisə görə cərimə dövrü bitdi – QƏRARın FOTOsu

0
8776
masin-bazari-avtomobil-kredit

Azərbaycanda avtomobil nömrələrində mühüm dəyişiklik edilib.

Bu yeniliklə bağlı müvafiq qərar artıq imzalanıb.

Qərara əsasən, AZS 599:2025 dövlət standartı çərçivəsində dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib. Beləliklə, bundan sonra avtomobil nömrələri daha sadə və vahid formatda təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl dövlət qeydiyyat nişanlarında yerləşən mikroçiplər də ləğv edilmişdi.

Əvvəllər rəqəm və hərflər arasındakı defis işarəsinin olmaması sürücülər üçün cərimə səbəbi hesab olunurdu. Yeni standartla bu problem aradan qaldırılır və sürücülər artıq inzibati məsuliyyətə cəlb edilməyəcəklər.milli.az

Əvvəlki məqaləBinəqədidəki sığınacaqda pəncərədən yıxılan 16 yaşlı qız öldü – VİDEO
Növbəti məqalədəGələn ildən bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarıla bilər – RƏSMİ