Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlu yolu keçərkən avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona kəllə-beyin travması qoyulub. Hüseynov Valehin vəziyyəti ağır qiymətləndirildiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.report