Moped sürücüləri bu halda – 40 manat cərimələnəcək

0
9126

Moped sürücüləri də dəbilqə taxmadığı halda cərimələnəcək.

Bineqedi.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti və mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə və mopeddə daşımağa görə sürücülər 40 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericilikdə bu qayda sadəcə motosiklet sürücülərinə aiddir.

***

Mopedlə bağlı qanunvericilikdə dəyişiklik edilir. 

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, velosipedi, asma mühərrikli velosipedi və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

– svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

– sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

– yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

– sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

– nasaz velosipeddən istifadə etməyə;

– piyadaların hərəkətinə maneə yaradılmasına;

– keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericilikdə bu qayda moped sürücülərinə də şamil edilirdi.

Əvvəlki məqalə“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı – Açıqlama
Növbəti məqalədəElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto