Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
11029
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ramin Quliyev küçəsi ilə (köhnə yanacaqdoldurma məntəqəsi kimi tanınan ərazidə) G.Ramazanov küçələri arasında olan məsəfayə (Mərkəz) dayanacaq qoyulması, 179 saylı məktəbin həyətində ağacın götürülməsi, fərdi yaşayış evlərinə çıxarışların verilməsi, Gənclik küçəsində sahibsiz küçə heyvanlarının ərazidən toplanması, 182 saylı tam orta məktəbin həyətinə yağış sularının yığılmasının qarşısının alınması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com 
Bir bir və ya daha çox şəxs, klarnet və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləMoped sürücüləri bu halda – 40 manat cərimələnəcək
Növbəti məqalədəPrezident Sərəncam imzaladı