Binəqədi RİH yanında İctimai Şuranın hesabat-seçki yığıncağı keçirilib – Fotolar

0
77

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi RİH yanında İctimai Şuranın növbəti hesabat-seçki yığıncağı keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, yığıncaqda Binəqədi RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Şuranın sədri Aslan Mehdiyev və şura üzvləri iştirak edib.
Tədbiri açılış nitqi ilə başlayan Şuranın sabiq sədri Aslan Mehdiyev gündəlikdəki məsələləri elan etdikdən sonra hesabat nitqi ilə çıxış edərək, ötən 2 il ərzində görülmüş işlər barəsində məlumat verib.

Daha sonra çıxış ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı İctimai Şuraların regional forumlarının və ümumilikdə Respublika forumunun keçirilməsi təklif edilib.

Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul olunub. Səsvermədən sonra Şuranın yeni sədrinin, sədr müavininin və katibinin seçilməsi səsə qoyulub.

yap-bineqedi-teskilati1

Beləliklə, növbəti 2 illik müddət üçün Aslan Mehdiyev Şuranın sədri, Həmid Mehdiyev sədr müavini və Fuad Hüseynzadə isə katib seçilib.

yap-bineqedi-teskilati2

Sonda çıxış edən müdir müavini Ş. Gülverdiyev İctimai Şuranın və ümumilikdə ictimai iştirakçılığın vacibliyi barədə nitq söyləyib. O qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev, xüsusilə, son çıxışlarında ictimai nəzarət, iştirakçılıq haqqında geniş fikirlər söyləyib, onun mühümlüyünü vurğulayıb.

Bu səbəbdən İctimai nəzarət isntitutları daha da təkmilləşməli və daha güclü fəaliyyətdə olmalıdır.

Əvvəlki məqaləBinəqədidəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI
Növbəti məqalədəBinəqədidə qadın sürücü yol qəzasında xəsarət alıb