Binəqədidə rayon müşavirəsi keçirilib – FOTO

0
9093
Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi təşkilatçılığı ilə “Binəqədi rayonunda 2025-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rəisinin birinci müavini İlqar Səfərov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov, Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Rəşad Nəsirov, Binəqədi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Emil Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Binəqədi rayonunda yerləşən bələdiyyələrin, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edərək, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu etdi.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rəisinin birinci müavini İlqar Səfərov göstərilən diqqətə görə təşəkkür edərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Müşavirə zamanı natiqlər “Rayon üzrə mülki müdafiənin vəziyyəti”, “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etdilər.
Sonda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20-ci ildönümü münasibətilə bir qrup əməkdaşına Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bir qrupvəməkdaşa Fəxri Fərmanlar təqdim edildi və xatirə fotoları çəkildi.
Bir platforma şəkili ola bilər
Bir xəbər otağı, platforma və mətn şəkili ola bilər
Bir platforma və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "F" şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO