Bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 22 qadın azadlığa buraxılır.
Məhkumlar bir azdan azadlığa çıxacaqlar.
Onlardan ikisi azyaşlı övladı ilə saxlanılır.
Məhkumlardan biri Konqo vətəndaşıdır.
Amnistiya aktı ilə 3 nəfər yetkinlik yaşına çatmayan məhkum azadlığa buraxılıb.
***
Amnistiya aktı qayınanasının qətlini hamıdan gizlətdiyinə görə həbs edilmiş şəxsə də şamil edilib.
Ağcabədi rayon sakini Əfsanə Məmmədova cəzasının qalan hissəsindən azad olunub.
Ə.Məmmədova bu gün azadlığa buraxılan 22 qadından biridir.
Qeyd edək ki, ARB-də yayımlanan “Səni axtarıram” verilişində Ağcabədi rayon sakini Əfsanə Məmmədova qayınanasının qətlə yetirildiyini deyib. Onun hadisədə iştirakçı olması müəyyənləşdikdən sonra barəsində cinayət işi açılaraq həbs edilib.qafqazinfo.az


























