Binəqədidə 71 yaşlı kişi damdan yıxılıb öldü

0
10018
meyit-qetl

Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb.

Bineqedi.com oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləSənədsiz ev sahiblərinə şad xəbər: 500 mindən çox çıxarış verilə bilər – VİDEO
Növbəti məqalədəBakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatı – Video