Bakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatı – Video

0
9097
bineqedi-tecili-yardim

Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində “İveco” markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.

Bineqedi.com xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.

Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.

Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 


Əvvəlki məqaləBinəqədidə 71 yaşlı kişi damdan yıxılıb öldü
Növbəti məqalədəPrezident: “Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir”