Bakı Appelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən İbrahim Mürsəlovun apellyasiya şikayəti üzrə baxış iclası keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Bineqedi.info-ya verilən məlumata görə, qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Binəqədi rayonunda baş verib. 1955-ci il təvəllüdlü Mürsəlov İbrahim Mirrəhim oğlu qonşusu, Rəcəbov Vidadi Məmmədrza oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən İ. Mürsəlov 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.