Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9108
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayn sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 61 saylı ünvanda magistral yol tərəfdə aşma təhlükəsi olan ağacın götürülməsi, A.Məmmədov küçəsi 56 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Babaşov küçəsi 1 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Babaşov küçəsi 3, 6, 9, 17 və 19 saylı ünvanlarda ağacların budanması, M.Cəlal küçəsi 43 saylı ünvanda girişlərin dezinfeksiya olunması, M.Cəlal küçəsi 51 saylı ünvanında istiliyin dərəcəsinin artırılması, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ünvanda zirzəmidən suyun çəkilməsi, kanalizasiya xətlərin təmiri və zirzəminin dezinfeksiya olunması, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ünvanda ağacın budanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləYayılan xəstəliyə görə məktəblər bağlanacaq? – Rəsmi CAVAB
Növbəti məqalədə“Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”