Yayılan xəstəliyə görə məktəblər bağlanacaq? – Rəsmi CAVAB

0
9891
tibbi-maska-sagirdler

Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müşahidə olunur. Bu vəziyyət cəmiyyətdə məktəblərin müvəqqəti bağlana biləcəyi ilə bağlı suallar doğurub. Sosial şəbəkələrdə bu məsələ geniş şəkildə müzakirə olunur.

Bəs, məktəblərin bağlanması gündəmdədir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz olaraq davam edir:

“Eyni zamanda məktəblərin pedaqoji kollektivinə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunub”.

Əvvəlki məqalə7-ci mikrorayonda binanın həyəti çökdü, maşın çuxura düşdü – Video
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO