Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib – FOTO

0
9112
Binəqədi rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə inşa olunmuş parkda ucaldılmış “Güllə yağışı” abidəsi rayon ictimaiyyəti tərəfindən ziyarət edildi.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Məlahət İbrahimqızı, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə və sektor müdirləri, məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin, Qeyri-Hökumət Təşkilatlarının üzvləri, şəhid ailələri, qazilər, təhsil, səhiyyə müəssisələrinin, bələdiyyələrin nümayəndələri “Güllə Yağışı” abidəsi önünə əklil və gül dəstələri qoyaraq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etdilər.
Bir mətn şəkili ola bilər
Bir abidə, ağac və mətn şəkili ola bilər
Bir abidə və mətn şəkili ola bilər
Bir abidə və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib – FOTO
Növbəti məqalədə20 Yanvar faciəsindən 36 il ötür