Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində qeydə alınıb.
1963-cü il təvəllüdlü Məmmədova Aygün Knyaz qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qasıq-oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.apa