Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

0
9883
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

Bineqedi.com xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

 

Əvvəlki məqaləPensiyalar bu qədər artacaq – Rəqəmlər AÇIQLANDI