Milli Məclis sabiq deputat Fəzail Ağamalının vəfatı ilə əlaqədar başsağlığı verib.
Bineqedi.com xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.
“O, tanınmış ictimai-siyasi xadim, Ana Vətən Partiyasının sədri və uzun illər ərzində Milli Məclisdə fəal fəaliyyət göstərmiş aktiv millət vəkili olub.
Fəzail Ağamalının vəfatı ilə əlaqədar ailə üzvlərinə, həmkarımız olan qızı Günay Ağamalıya və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik”, – deyə sədr bildirib.
Qeyd edək ki, dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
Bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
***
Mərhumun oğlu Elçin Ağamalının saytımıza verdiyi məlumata görə, F.Ağamalı Ramana qəbiristanlığında (Gülçülük sovxozu adlanan ərazidə yerləşən) dəfn olunacaq.


















