Binəqədi rayonunda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb VİDEO

0
9099

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bineqedi.com  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə FHN məlumat yayıb:

“Bu çərçivədə DYNX tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi 33 ünvanında yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– Obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

– Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

– Odsöndürən balonlarla tam təmin olunmayıb;

– Bəzi daxili divarları yanar materiallarla üzlənilib;

– Mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;

– Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

– Təxliyə yolunu göstərən nişanlar mövcud deyil;

– Obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, restoranın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə verilib.

Əvvəlki məqaləElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəUniversitetlərə sənəd qəbulu BAŞLAYIR